"Gürcüstan yol ayrıcındadır və Avropaya doğru hərəkət etməlidir" - Leyen

"Gürcüstanda qalmaqallı “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin qəbulu ilə bağlı vəziyyətdən narahatıq".

Bizimxeber.az bildirir ki, bunu Mayın 1-də Avropa Komissiyasının sədri Ursula fon der Leyen "Twitter"də (X) yazıb.

Von der Leyen Gürcüstandakı vəziyyəti "böyük narahatlıqla" izlədiyini deyib və Tbilisi küçələrində baş verən zorakılığı pisləyib."Gürcü xalqı öz ölkələri üçün Avropa gələcəyini istəyir. Gürcüstan yol ayrıcındadır. O, Avropaya gedən yolda öz kursunu saxlamalıdır", - o əlavə edib. Avropa Komissiyası rəhbərinin bəyanatı Tbilisidə xüsusi təyinatlıların  “xarici agentlik” qanununa qarşı etiraz aksiyalarının iştirakçılarına qarşı növbəti dəfə “xüsusi vasitələrdən” – bibər qazından və su şırnaqlarından istifadə etdiyi bir vaxtda ortaya çıxıb.