Jurnalist Cavid Ramazanov polisdən sərbəst buraxılıb

Jurnalist Cavid Ramazanov 4 saatlıq sorğu-sualdan sonra polisdən buraxılıb.

O, jurnalistlərə açıqlamasında “Toplum TV” işi üzrə şahid qismində dindirildiyini deyib. Ramazanovun sözlərinə görə, polis onunla normal davranıb, heç bir təzyiq olmayıb.

* * *

Jurnalist Cavid Ramazanov “Toplum” işi üzrə polisə aparılıb.

Bu gün “Toplum” İnternet televiziyasının əməkdaşı Cavid Ramazanov Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb. “Toplum” TV-dən Turan-a bildiriblər ki, onu yoldan aparıblar. 

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı Turana bildirib ki, iştirakı ilə zəruri istintaq hərəkəti keçirilməsi üçün C. Ramazanov şahid qismində Bakı şəhər Baş Polis İdarəsinə dəvət olunmuşdur.

Qeyd edək ki, bu iş üzrə 7 nəfər həbs edilib, 2 nəfər polisin nəzarətinə verilib.