Makron Yeni Kaledoniyaya qoşun göndərdi

Fransa adadakı qırğınlara görə Yeni Kaledoniyaya qoşun göndərib.

Bizimxeber.az bildirir ki, bu barədə baş nazir Qabriel Attal deyib.

“Fransa ordusunun qoşunları Yeni Kaledoniyanın limanlarının və hava limanının təhlükəsizliyini təmin etmək üçün yerləşdirilib”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Yeni Kaledoniyada fövqəladə vəziyyət elan edilib.