Ukrayna uduzsa, Putin NATO ilə müharibəyə gedəcək

" Vladimir Putin Ukraynada qələbə qazanarsa, Amerika qoşunlarının Avropada rus işğalçılarına qarşı mübarizə aparmaqdan başqa yolu qalmayacaq".

Bizimxeber.az bildirir ki, bu barədə ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens bildirib.

Pensin xəbərdarlığı onun ABŞ Konqresinə Ukraynaya hərbi yardım üçün əlavə maliyyə ayrılmasını təsdiqləməyə çağırışının bir hissəsidir.

"İzolyasiyaçılıq heç vaxt ekspansionist niyyətləri olan tiran rejimlərə cavab deyil və mən inanıram ki, Konqres üzvlərinin əksəriyyəti bunu başa düşür", - Pens deyib.

Əgər Putin Ukraynada qalib gələrsə, o qeyd edib ki, “Mən şübhə etmirəm ki, o , (Avropa ilə) sərhədi keçəcək və bizim hərbi geyimli kişi və qadınlarımız döyüşməli olacaq”, - Pens qeyd edib.

"Onun sərhədi keçməsi çox çəkməyəcək və bizim kişilərimiz NATO müqaviləsinin 5-ci maddəsinə əsasən döyüşməli olacaqlar. Alyansın bir üzvünə hücum hamıya hücumdur", - Pens deyib.

"İkincisi, düşünürəm ki, biz tezliklə Tayvan boğazında və ya Cənubi Çin dənizində bir yerdə hərəkət görəcəyik", - ABŞ-ın keçmiş vitse-prezidenti davam edib.

Xatırladaq ki, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns bildirib ki, ABŞ Konqresi indi Ukraynaya yardımı təsdiq etməsə, Kiyev ilin sonuna qədər müharibəni uduzdura bilər. Bu arada, Ukraynaya yardım haqqında qanun layihələri üzrə Konqresdə yekun səsvermə aprelin 20-də keçirilməlidir .